Almaniya Federal Parlamentində (Bundestaq) təşkil olunan “Parlament Səhər Yeməyi” ölkə gündəmində geniş rezonans doğurub. Etirazlara səbəb İsrail kəşfiyyat xidməti Mossad-ın keçmiş rəhbəri David Barneanın tədbirə qatılması olub.
Çərşənbə günü səhər saatlarında parlamentin “Paul Löbe Haus” binasında keçirilən tədbirə çox sayda deputat, xarici qonaqlar, İsrail səfirliyinin nümayəndələri və media mənsubları qatılıb. Etirazlar səbəbindən Barnea iclas zalına arxa qapıdan daxil olub. Sol Partiyanın deputatları binanın ön girişini bir müddət bağlayaraq aksiyaya cəhd ediblər. Polis müdaxilə edərək deputatları ərazidən uzaqlaşdırıb. Aksiya zamanı deputat Desiree Beckerin “Bundestaq müharibə cinayətkarları üçün tribunaya çevrilməməlidir” şüarını səsləndirdiyi bildirilir.
2021-ci ilin yayından etibarən beş il ərzində Mossad-a rəhbərlik etmiş Barneanın səfərinin Yaşıllar Partiyasının daxili təhlükəsizlik üzrə eksperti Konstantin fon Notsun himayəsi altında baş tutması da siyasi mübahisələrə yol açıb. İnsan haqları müdafiəçiləri fon Notsu Livanda müharibə cinayətləri törətməkdə ittiham olunan bir şəxsə siyasi dəstək verməkdə qınayıblar.
“İsrail Almaniyanın yaxın müttəfiqidir”
Konstantin fon Nots isə “Deutsche Welle”yə (DW) açıqlamasında Almaniya kəşfiyyat orqanlarına nəzarət edən parlament komissiyasının sədr müavini kimi bu cür görüşlərin təşkilində tez-tez iştirak etdiyini bildirib:
“İsrail Almaniya Federativ Respublikasının yaxın dostu və müttəfiqidir. İki dövlət Holokost və bizim tarixi məsuliyyətimiz səbəbindən bir-birinə sıx bağlıdır. İsrail kəşfiyyatı ilə Almaniyanın xarici kəşfiyyat xidməti (BND) sıx əməkdaşlıq edir. Buna görə də parlament səviyyəsində aktual təhlükəsizlik məsələlərini müzakirə etmək təbii zərurətdir. Bu müzakirələrdə hər zaman eyni mövqedə olmaq məcburiyyətində deyilik”.
Məlumata görə, Barneanı tədbirə birbaşa fon Nots deyil, 2009-cu ildə Berlində təsis edilmiş “Yaxın Şərq Sülh Forumu” (Nahost-Friedensforum) adlı lobbi qrupu dəvət edib. Bu qurumun İsrailin Baş naziri Benyamin Netanyahunun sağçı hökumətinə yaxın mövqeyi ilə tanındığı qeyd olunur.
Səfər Yaşıllar Partiyasının öz sıralarında da etirazla qarşılanıb. Partiyanın deputatı Qasım Tahir Saleh “Tageszeitung” (taz) qəzetinə müsahibəsində deyib: “Fələstində ağır insan haqları pozuntularında ittiham olunan keçmiş kəşfiyyat rəhbərinin Almaniya Federal Parlamentində yeri yoxdur”.
Sol Partiya təmsilçiləri isə Barneanın Mossad-dan ayrıldıqdan sonra ABŞ-İsrail birgə müəssisəsi olan və pilotsuz uçuş aparatları istehsal edən “Ondas” şirkətinə rəhbərlik etməsinə diqqət çəkiblər.
Həbs tələbi və cinayət şikayəti
Berlin mərkəzli Avropa Konstitusiya və İnsan Haqları Mərkəzi (ECCHR) də səfərə sərt reaksiya verib. Təşkilat noyabrın 18-də Karlsruedəki Federal Baş Prokurorluğa müraciət edərək Barnea barəsində cinayət şikayəti qaldırıb və onun Almaniyada olduğu müddətdə həbsini tələb edib.
ECCHR Barneanı 2024-cü ilin sentyabrında Livanda həyata keçirilən və peycerlərin partladılması ilə müşayiət olunan hücumlara görə məsuliyyət daşımaqda ittiham edir. Təşkilatın sözçüsü Aleksandr Şvarts bildirib ki, mülki və hərbi hədəflərin ayırd edilmədiyi bu hücumların beynəlxalq cinayət hüququ baxımından müharibə cinayəti tərkibi yaratdığına dair ciddi dəlillər mövcuddur.
Xatırladaq ki, Livan rəsmilərinin məlumatına görə, “Hizbullah”a qarşı yönəlmiş həmin hücumlar nəticəsində təxminən 40 nəfər həlak olmuş, minlərlə insan yaralanmışdı. BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk də hadisəni beynəlxalq hüququn pozuntusu kimi qiymətləndirmişdi.
Baş nazir Fridrix Mertsin rəhbərlik etdiyi koalisiyanın ortağı olan Sosial Demokrat Partiyasının (SPD) xarici siyasət üzrə eksperti Adis Ahmetoviç ittihamların müstəqil və operativ şəkildə araşdırılmasının vacibliyini vurğulayıb: “Beynəlxalq hüququn normaları istisnasız olaraq bütün tərəflərə eyni şəkildə tətbiq edilməlidir”.
Federal hökumət isə məsələyə münasibət bildirməkdən yayınıb. Baş nazirliyin sözçüsü Ştefan Kornelius “Baş nazir bu müzakirələrə qoşulmur” açıqlaması ilə kifayətlənib.
Mossad-ın keçmiş rəhbərinin Almaniya səfəri qalmaqala səbəb oldu