SOCAR-ın rəsmisi İbrahim Əhmədov deyir ki, 2020-ci ildə TANAP kəməri TAP kəmərinə calaşdırılaraq Avropa bazarına qazı çatdıra biləcək
“TANAP vasitəsilə Türkiyə və Avropa sərhəddinə qaz çatdırılacaq”. Sputnik Azərbaycan-ın məlumatına görə bunu SOCAR rəsmisi İbrahim Əhmədov deyib.
O bildirib ki, üç seqmentdən ibarət olan Cənub Qaz Dəhlizi layihəsində boruların ümumi uzunluğu 3500 km təşkil edir: “Azərbaycandan Avropanın cənub sərhədlərinə doğru uzanan boru kəmərləri üç hissədən ibarətdir. TANAP kəməri bu hissələrin yarısından çoxunu təşkil edir. 2019-cu ildə TANAP üzrə işlər tamamlanacaq, bununla da qaz Avropa bazarına çatdırıla bilər. 2020-ci ildə TANAP kəməri TAP kəmərinə calaşdırılaraq Avropa bazarına qazı çatdıra biləcək”.
Ümumi dəyəri 40 mlrd. avro təşkil edən Cənub Qaz Dəhlizinin bir hissəsi olan TANAP layihəsi Azərbaycanda hasil olunan təbii qazın Gürcüstandan keçərək Türkiyə ərazisi ilə Avropaya nəql edilməsini nəzərdə tutur.
SOCAR rəsmisi TANAP üzrə işlərin tamamlanacağı vaxtı açıqladı

Oxşar xəbərlər