Azərbaycan qaz hasilatı həcmini 2025-ci ilədək 47,6 milyard kubmetrə çatdırmağı planlaşdırır.
Trend-ə istinadən xəbər verilir ki, bunu "SP Global Platts”a müsahibəsində SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov deyib.
E.Nəsirov bildirib ki, ötən il ölkədə 30,49 milyard kubmetr qaz hasil olunub. Bu il hasilatın 20 faiz artırılması planlaşdırılır:
"2023-cü ildə ölkədə qaz hasilatı 38 milyard kubmetr təşkil etməlidir. "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz hasilatı, gözlənildiyi kimi, 2021-ci ilə 17 milyard kubmetr olacaq".
Onun sözlərinə görə, bununla belə, bu proqnozlar yüksələ bilər, çünki bir sıra layihələr, məsələn, "Şəfəq-Asiman" hazırda kəşfiyyat mərhələsindədir.
Azərbaycan qaz hasilatını xeyli artıracaq
Oxşar xəbərlər