Azərbaycan qazının Türkiyəyə nəqlini nəzərdə tutan Trans-Anadolu Boru Kəməri (TANAP) və Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik Boru Kəmərinin (TAP) boruları Türkiyə-Yunanıstan sərhədindəki Meriç çayının sahilində qaynaqlanmaqla birləşdirilib.
Bu barədə Türkiyə KİV-ləri xəbər verir.
TAP və TANAP şirkətlərindən bildirilib ki, Cənub Qaz Dəhlizi layihəsində daha bir önəmli mərhələ baş tutub.Dəhlizin ən böyük hissəsini təşkil edən TANAP Avropaya qaz nəqlini nəzərdə tutan TAP-a birləşdirilib.
Qeyd edək ki, hər iki layihə Cənub Qaz Dəhlizi layihəsinin seqmentləridir.
TANAP Türkiyənin Gürcüstanla sərhədindən başlayır. Ümumi uzunluğu 1850 km olan TANAP Faza-0 və Faza-1 hissə olaraq həyata keçirilir. Boru kəmərinin Faza-0 adlandırılan Gürcüstan-Türkiyə sərhədi-Eskişəhər hissəsinin bu il iyunun 12-də rəsmi açılış mərasimi keçirilib. İyunun 30-da isə TANAP-la Türkiyəyə ilk kommersiya qazının tədarükü başlanıb. Kəmərin ilkin illik ötürücülük gücü 16 mlrd. kubmetr təşkil edir. Bu həcmin 6 mlrd. kubmetri Türkiyədə istifadə olunacaq, 10 mlrd. kubmetri isə Avropaya nəql ediləcək.
TANAP-ın ikinci hissəsi (Eskişəhərdən Türkiyə-Yunanıstan sərhədinə qədər) üzrə işlərin 2019-cu ildə yekunlaşması gözlənilir.
TAP kəməri ilə ilkin olaraq ildə 10 mlrd. kubmetr qazın Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.
2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.
Report
TANAP və TAP birləşdirilib

Oxşar xəbərlər