Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Tale Bağırzadə artıq 2 gündür ki, evə zəng vurmur. Bu barədə Rakurs TV-ə onun yaxınları məlumat verib. Yaxınlarının sözlərinə görə, Tale Bağırzadə keçən həftənin cümə axşamı (3 may) və bu həftənin bazar ertəsi (7 may) evə zəng vurmalı olsa da, zəng vurmayıb. Qobustan həbsxanasında saxlanılan ilahiyyatçı qanunla həftədə 2 dəfə evə zəng vura bilər.
Yaxınları bildirir ki, bununla bağlı narahat olduqlarından Penitensiar Xidmətə müraciət ediblər. Onlara bildirilib ki, T. Bağırzadəyə zəng etməklə bağlı heç bir problem yaradılmır, ilahiyyatçı özü danışmaq istəmir.
Lakin Penitensiar Xidmətin cavabı qaneedici olmadığından ilahiyyatçının vəkili mayın 8-i Qobustan həbsxanasına gedib. T. Bağırzadə ilə görüşən vəkil Rakurs TV-ə bildirib ki, ilahiyyatçı etiraz məqsədi ilə telefonla danışmaqdan imtina edib:
"O, dedi ki, hər dəfə evlə danışanda yanında nəzarətçilər olur. T. Bağırzadə bununla bağlı dəfələrlə etiraz etsə də, onun etirazlarına məhəl qoyulmayıb. O, bu şəkildə rahat danışa bilmədiyini deyir və yanında nəzarətçilər olmadan danışmaq istədiyini bildirir. Bu, onun qanunla qorunan hüququna müdaxilədir".
Vəkil Tale Bağırzadəyə yalnız əvvəlcədən müəyyənləşdirilmiş bir nömrəyə zəng vurmağa icazə verdildiyini deyib. İlahiyyatçı bununla bağlı dəfələrlə həbsxana rəhbərliyinə etirazını bildirib, ona digər nömrələrə də zəng vurmağa icazə verilməsini istəyib. Bütün mübahisələr də bundan yaranıb. Vəkil bunun da hüquq pozuntusu olduğunu qeyd edib.
Vəkilin sözlərinə görə, Tale Bağırzadəyə dini ayinləri yerinə yetirməkdə də problemlər yaradılır.
Tale Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyat zamanı saxlanıb. Həmin əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi bilgilərə görə, 70-dən çox adam həbs edilib (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 90-a yaxın göstərilir). Daha yüngül maddələrlə ittiham edilənlərin məhkəməsi başa çatıb. Həmin şəxslər 1 il 6 aydan 6 il 6 ayadək həbs cəzası alıblar.
Tale Bağırzadə isə 20 il həbs cəzası verilib. O, ittihamları rədd edir və siyasi sifarişlə həbs olunduğunu bildirir. İlahiyyatçının sözlərinə görə, həbs olunarkən və ondan sonra Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qalıb.
Tale Bağırzadənin həbsxanada hüquqları pozulur

Oxşar xəbərlər