İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qobustanda yerləşən Həbsxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib.
Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftarın, habelə daxil olmuş müraciətlərin araşdırılması, məhkumların hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.
Başçəkmə çərçivəsində müəssisənin ömürlük azadlıqdan məhrumetmə cəza növündə, habelə məhkəmə qərarı əsasında cəzasının bir hissəsini həbsxana rejimində çəkən məhkumların saxlandığı rejim korpuslarına, cərimə təcridxanasına, tibb-sanitar hissəsinə, görüş yerlərinə, yeməkxanasına və digər obyektlərə baxışlar keçirilib, saxlanılma şəraiti, habelə tibbi yardımın təşkili, qidalanma, içməli isti və soyuq su təminatı, sovqat, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb, müəssisənin bəzi rejim korpuslarının kameralarında və cərimə təcridxanasında qidalanma və saxlanılma şəraitinin təkmilləşdirilməsinə ehtiyacın olduğu müşahidə edilib.
Müəssisədə müasir psixoloji və sosial xidmətlərin təşkilinə, müəyyən müddətə və ömürlük azadlıqdan məhrum edilmiş şəxslərin ictimai faydalı əməyə cəlb edilməklə islah olunması, habelə müəyyən əmək haqqı qazanmaqla öz şəxsi ehtiyaclarını ödəmələri üçün istehsalat sahələrinin yaradılmasına ehtiyac vardır.
MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı rəftar məsələlərinin araşdırılması ilə bağlı həmin müəssisədə çoxsaylı məhkumlar fərdi qaydada dinlənilib, şikayətləri, qaldırdıqları məsələlər, hüquqlarının təmin olunma vəziyyəti, müraciətləri üzrə sənədləşmə, habelə KİV-də bu müəssisə üzrə yayılmış məlumatlar yerində araşdırılıb.
Kameralara baxış zamanı məhkumlar təsadüfi seçimlə, bir sıra şəxslər isə öz xahişləri əsasında təkbətək qəbul edilib, qaldırdıqları məsələlər, görüş, telefon danışığı, tibbi yardımla bağlı müraciətləri araşdırılıb, bir sıra müraciətlər yerində təmin edilib. Qəbul zamanı məhkumlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah olunub.
Başçəkmənin yekununda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla hüquqi maarifləndirici söhbətlər aparılıb, milli və beynəlxalq qanunvericiliyə, o cümlədən cəzaçəkmə müəssisələrinin Daxili intizam qaydalarına müvafiq şəkildə saxlanılma şəraitinin, tibbi xidmətin və sənədləşmənin aparılması işinin və mövcud vəziyyətin təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.
Başçəkmənin nəticəsi və məhkumların müraciətlərinin təmin olunması ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunub.
Ombudsman əməkdaşları Qobustan həbsxanasında olub

Oxşar xəbərlər