İraq müqavimət qrupları xarici hərbi varlığın sona çatmasını təbrik edərək, İraq daxilində hərbi əməliyyatların dayandırılmasına sadiq olduqlarını bəyan ediblər.
“Ənsarullah əl-Övfıya” hərəkatının baş katibi şeyx Heydər əl-Ğərravi cümə axşamı günü verdiyi bəyanatda hərəkatın Silahlı Qüvvələrin Ali Baş Komandanının suverenliyin tam bərpası və razılaşdırılmış cədvələ uyğun olaraq İraq daxilində hərbi əməliyyatların bitirilməsi ilə bağlı bəyanatındakı bəndlərə sadiq qaldığını təsdiqləyib.
Əl-Ğərravi bəyanatında bildirib: “Suverenlik Günü və İraqın əziz torpaqlarında xarici varlığın bütün formalarına son qoyulması və suverenliyin tam bərpası yolunda bu milli nailiyyəti qazanması münasibətilə Silahlı Qüvvələrin Ali Baş Komandanının bəyanatında yer alan məsələlərə sadiqliğimizi bildiririk. Bu, tam suverenlik layihəsi çərçivəsində qruplaşmalar, Çərçivə Komitəsi və hökumət arasında razılaşdırılmış zaman cədvəlinə və qəbul olunmuş suverenlik sənədinə uyğun olaraq İraq daxilində hərbi əməliyyatların bitirilməsini əhatə edir”.
Əl-Ğərravi “hökumətin, onun rəhbərinin və milli siyasi qüvvələrin suverenlik yolunu tamamlamaq və xarici varlığı bitirmək istiqamətində göstərdiyi səyləri və qətiyyətini” yüksək qiymətləndirib və hərəkatın bu nailiyyəti qoruyan hər bir addımı dəstəklədiyini vurğulayıb. O bəyan edib ki, “bu nailiyyət mücahidlərin qanı və İraq xalqının fədakarlıqları sayəsində əldə olunub”.
Daha sonra o əlavə edib: “Biz həmişə olduğu kimi, İraqın, onun dövlətinin və suverenliyinin dayağı olmağa, ölkənin təhlükəsizliyini, birliyini və xalqının ləyaqətini qoruyan hər bir məqamda hazır bulunmağa davam edəcəyik”.
“Kətaib Seyyid əş-Şühəda” xarici varlığın sona çatmasını təbrik edib
Öz növbəsində, “Kətaib Seyyid əş-Şühəda” qruplaşması cümə axşamı günü xarici hərbi varlığın sona çatmasını təbrik edərək, əldə olunmuş razılaşmaya, Baş nazir Əli əz-Zeydinin çıxışındakı bəndlərə, eləcə də İraqın suverenliyinə və milli qərar müstəqilliyinə sadiq olduğunu vurğulayıb.
“Kətaib Seyyid əş-Şühəda”nın bəyanatında deyilir: “Səbirli İraq xalqını xarici varlığın İraq torpaqlarından çıxarılması və milli suverenliyin tamamlanması yolunda mühüm bir məsafənin qət olunması münasibətilə təbrik edərkən, qardaşımız Əli əz-Zeydinin simasında İraq hökumətinə təşəkkür etməyi ədalətli hesab edirik. Onun göstərdiyi intensiv səylər və ciddi cəhdlər İraqı şiə-şiə qarşıdurmasından qorumağa və ölkənin daxili fitnəyə sürüşməsinin qarşısını almağa kömək etdi”.
Bəyanatın sonunda qeyd olunub: “Əks tərəf imzalanmış bəndlərə əsasən üzərinə düşən öhdəlikləri pozmadığı müddətdə, aidiyyəti tərəflər arasında bağlanmış razılaşmaya və İraq Silahlı Qüvvələrinin Ali Baş Komandanının nitqində yer alan məsələlərə sadiq qaldığımızı elan edirik”.
Müqavimət İraq daxilində hərbi əməliyyatları dayandırmaq öhdəliyini elan edib

Oxşar xəbərlər