Rusiya ordusu Ukraynaya raket zərbələri endirib, 16 nəfər ölüb

Ukraynanın Priluki şəhərində Rusiya ordusunun raket zərbəsi nəticəsində ölənlərin sayı 16-ya çatıb.

Bu barədə Çerniqov vilayəti üzrə Ukrayna Milli Polisi məlumat yayıb.

Bildirilib ki, ölənlərdən 4-ü uşaqdır.

Daha 55 nəfər yaralanıb, onlardan 7-si uşaqdır.

Məlumata görə, Rusiya raketi yaşayış binasına düşüb. Hazırda dağıntılar altında insanların axtarışı davam etdirilir.