Pakistanda təxminən 5000 nəfər, 2023-cü ildən bəri həbsdə olan keçmiş Baş nazir İmran Xanın azad edilməsini və xəstəxanaya köçürülməsini tələb edərək paytaxt İslamabada doğru yola düşüb. Paytaxta giriş nöqtələrində barrikadalar qurulub.
Pakistanda təxminən 5000 etirazçı, həbsdə olan keçmiş Baş nazir İmran Xanın azad edilməsini tələb edərək karvan şəklində paytaxt İslamabada yola düşüb.
2023-cü ildən bəri həbsdə olan Xanın minlərlə tərəfdarı Xeybər-Paxtunxva əyalətinin Ləki-Mərvat rayonunda toplaşaraq paytaxta doğru hərəkətə başlayıb.
Xanın azad edilməsini və xəstəxanaya köçürülməsini tələb edən nümayişçilər avtomobillərindən şüarlar səsləndirib və Xanın təsis etdiyi "Pakistan Təhrik-e-İnsaf" (PTI) partiyasının bayraqlarını dalğalandırıblar.
Etirazların keçirilməsinin gözlənildiyi İslamabadın girişlərində barrikadalar qurulub və şəhər daxilində təhlükəsizlik tədbirləri gücləndirilib.
Keçmiş Baş nazir Xan 2022-ci ilin aprelində Milli Assambleyada etimad səsverməsindən keçə bilmədikdən sonra vəzifəsindən kənarlaşdırılmışdı.
Xanın 9 may 2023-cü ildə İslamabadda həbs edilməsindən sonra ölkə miqyasında etirazlar başlamış, tərəfdarları İslamabad, Ravalpindi, Lahor, Kəraçi, Pişəvər və bir çox digər şəhərlərdə küçələrə çıxmışdılar. İmran Xanın həbsindən sonra ölkədə baş verən etirazlar zamanı doqquz nəfər həyatını itirmiş, 290-dan çox insan isə xəsarət almışdı. Xan 12 may 2023-cü ildə məhkəmənin qərarı ilə azadlığa buraxılmışdı.
İmran Xan, ona qarşı açılmış korrupsiya işi üzrə məhkəmənin verdiyi həbs qərarından sonra 5 avqust 2023-cü ildə polis tərəfindən saxlanılaraq həbsxanaya göndərilib. Müxtəlif işlər üzrə mühakimə olunan və həbs cəzalarına məhkum edilən Xan həmin tarixdən bəri həbsdə saxlanılır.
Pakistanda İmran Xan etirazları: Minlərlə insan paytaxta doğru yürüş edib

Oxşar xəbərlər