Əhməd Yusifov dünya çempionu oldu

Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatının qalibi olub

60 kq çəki dərəcəsində yarışan idmançı finalda qazaxıstanlı Şerzod Davlatovu məğlub edərək qızıl medal qazanıb.

Beləliklə, Azərbaycan yarışdakı ilk medalını əldə edib.