Dünən axşam saatlarında minlərlə israilli yenidən İsrailin bir sıra şəhərlərində kütləvi nümayişlərə çıxıb.
Aksiya iştirakçıları hökumətdən HƏMAS-ın Qəzza zolağında 435 gündür saxlanılan girovların azad edilməsi ilə bağlı tez bir zamanda razılaşma əldə etməyi tələb edib.
Ən böyük etiraz aksiyalarından biri ənənəvi olaraq Təl-Əvivin şərqində hökumət binaları kompleksi yaxınlığında keçirilib.
Etirazçılar oğurlananların adları və portretləri yazılmış plakatlar qaldırıb İsrail bayraqlarını dalğalandıraraq Qəzza zolağındakı girovların dərhal geri qaytarılması üçün tezliklə razılığın əldə olunmasını tələb ediblər.
Bir çox nümayişçi Nazirlər Kabinetini və baş naziri girovları xilas etmək üçün yetərli iş görməməkdə ittiham edərək, Benyamin Netanyahu hökumətinin istefasını tələb edib.
Kütləvi nümayişlər Qüds, Rehovot, Hayfa və Beer-Şevadada keçirilib. Ynet portalı xəbər verir ki, Qüdsdə etirazçılar Netanyahunun iqamətgahı ərazisində küçələri bağlamağa çalışsalar da, polis onlara imkan verməyib.
İsraildə Qəzzadakı girovların azad edilməsi üçün kütləvi aksiyalar keçirilib