MBH üzvü Bilalov Amilə hökm oxundu – 3 il

Dekabrın 5-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Müsəlman Birliyi Hərəkatının daha bir üzvünə hökm oxuyub. Məhkəmədə Amil Bilalov barəsində CM-nin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) maddəsi ilə ittiham aktına baxılıb.
Məhkəmə şahidlərin dindirilməsindən sonra son qərarı elan edib. Hakim ittihama uyğun dəlil sübutların olmaması səbəbindən narkotiklərə aid maddəni 234.4.3-dən 234.1-1-ə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) tövsif edərək Amil Bilalovu 3 il müddətinə azadlıqdan məhrum edib.
Xatırladaq ki, Bilalov Amil 2024-cü ilin 22 fevral tarixində, yaşadığı Ceyranbatan qəsəbəsində saxlanılıb. İnanclı saxta narkotiklərlə bağlı ittiham olunub.