Artıq 3 aydır ki, böyrək çatışmamazlığından əziyyət çəkən siyasi məhbus Elxan İsmayılovun səhhətində ciddi geriləmələr davam edir. Bu barədə onun yaxınları məlumat verib.
Elxanın kəskin böyrək çatışmamazlığı diaqnozu iyun ayından müəyyən olunub. May ayının 31-də vəziyyətinin ağırlaşması səbəbindən Şüvəlan müvəqqəti saxlama təcridxanasından Penitensiar Xidmətin Müalicə Mərkəzinə köçürülən inanclıya burada böyrək çatışmamazlığı diaqnozu qoyulub.
Yüksək qızdırma və ardı kəsilmədən ürək bulanmaları bir gün sonra Elxan İsmayılovun dəqiq müayinəsi üçün onun özəl klinikalardan birinə göndərilməsinə səbəb olub. Burada da siyasi məhbusun ciddi böyrək catışmamazlığı diaqnozu təsdiqlənib.
İyunun 4-dən o, həftədə 3 dəfə olmaqla dializ mərkəzinə göndərilir. Bu onun yaşaması üçün həbsxana şəraitində mümkün olan yeganə vasitədir.
İsmayılov Elxan inanclıların kütləvi həbsinin gerçəkləşdiyi zamanda, 2023-cü il 4 apreldə saxlanılıb. Narkotik ittihamı ilə şərlənən Elxan 2024-cü ilin mart ayının 6-da Sumqayıt Ağır Cinayətlər Məhkəməsində 4 il müddətinə azadlıqdan məhrum edilib.
Həbs olunan zaman səhhətində heç bir ciddi problemi olmayan inanclının narahatlıqları saxlanıldığı Şüvəlan təcridxanasında yaranıb. Aprelin ortalarında ciddi soyuqdəymə səbəbindən təcridxanada pnevmoniya-ağciyər iltihabı yaşayan Elxana burada lazımı tibbi yardım göstərilməmə səbəbindən xəstəlik getdikcə şiddətli hala gəlib. Ürəkbulanmalar ardınca qızdırmanın artması onun sürətli çəki itirməsinə səbəb olub. Nəticədə, mayın 31-i ölümcül vəziyyətdə o, Pentensiar Xidmətin Müalicə Mərkəzinə köçürülüb.
3 aydır böyrək çatışmamazlığı ilə həftədə 3 dəfə Dializ Mərkəzinə aparılan Elxan İsmayılov hər dəfə 4 saatlıq seansı keçməyə məcburdur. Əks halda bu onun ölümü ilə nəticələnə bilən ağırlaşmaya gətirib çıxara bilər. Lakin əgər o, həbsdən azad olunarsa böyrək transplantasiyası nəticəsində bu işgəcələrə son verilə bilər. Bunun üçün ailə məhkəməyə də müraciət edib.
Sentyabrın 27-nə təyin edilən Ali Məhkəmə Elxan İsmayılovun səhhətindəki qeyd edilən problemlə bağlı həbsdən azad olunma müraciətinə baxacaq. Hələlik isə o, həbs həyatındadır və yaşam mübarizəsi aparmaqdadır. Acınacaqlı hal budur ki, artıq can verəcək qədər neçə-neçə məhbusun acı həbsxana həyatı Elxan İsmayılov barəsində Ədliyyə Nazirliyinin hansı qərar verəcəyini hələ də şübhə altında saxlayır. Belə düşünməyə əsas olaraq artıq 3 aydır dializ olunan inanclı barəsində Penitensiar Xidmətin təşəbbüs göstərməməsi əyani sübutdur.
Siyasi məhbus böyrək çatışmamazlığından əziyyət çəksə də məcburi həbsdə saxlanılmadadır