İran İslam Respublikası bu il "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin şərq istiqaməti üzrə yüklərin tranzitini 3 dəfə - 2 milyon tona qədər artırmağı planlaşdırır.
İranın Rusiyadakı səfiri Kazım Cəlali bu barədə Həştərxanda keçirilən IX Xəzər Media Forumunda jurnalistlərə deyib: “Biz 2023-cü ildə Rusiya, Qazaxıstan və Türkmənistanın köməyi ilə şərq istiqamətində yüklərin daşınması əməliyyatına başladıq. 2023-cü ildə bu həcm 650 min ton idi. Potensialı nəzərə alaraq, biz Rusiya tərəfi ilə razılığa gəldik və 2024-cü ilə - 2 milyon ton hədəf qoyduq”.
K.Cəlali əlavə edib ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin şərq istiqamətinin tutumu 15 milyon ton yük təşkil edir, ona görə də bu qolun potensialından tam istifadəyə doğru getmək lazımdır.
Xatırladaq ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılması haqqında saziş Rusiya, İran və Hindistan höküumətləri arasında 12 sentyabr 2000-ci il tarixində imzalanıb. Azərbaycan bu sazişə 20 sentyabr 2005-ci il tarixli Qanun əsasında qoşulub.
SəhərAzəri
“Şimal-Cənub” dəhlizi ilə yük tranziti 3 dəfə artırılacaq