Bakı Ağır Cinayətlər Məhkəməsində ruhani Hacı İlqar Rəcovun işi üzrə son məhkəmə prosesi keçirilib. Novruz Kərimovun sədirliyi ilə baş tutan məhkəmə iclasında ilahiyyatçının narkotiklərlə bağlı saxta ittihamı üzrə tərəflərin dinləmələri sonuclanıb. Hakim hökmü elan edib.
O, ilahiyyatçı İlqar Rəcovu saxta narkotik ittihamı ilə günahkar bilərək barəsində 4 il azadlıqdan məhrumetmə cəzasını elan edib.
Müttəhimin vəkili Elçin Sadıqov qərarla razılaşmadıqlarını, məhkəməyə ünvanlanan bütün vəsadətlərin rədd olunduğunu bildirib. O, qərardan apellyasiya şikayəti verəcəklərini söyləyib.
Xatırladaq ki, ruhani Hacı İlqar Rəcov 2023-cü ilin fevral ayının 1-də saxlanılmışdı. O, ölkədə inanclıların kütləvi həpsləri fonunda narkotiklərlə bağlı ittiham edilirdi.
Ruhani İlqar Rəcova hökm oxunub – 4 il