İraqın sünnə müftisi sionist rejimin İrana qarşı hücumlarını pisləyib və bu hücumların regionun təhlükəsizliyini təhdid etdiyini vurğulayıb.
Şeyx Mehdi əl-Sumeydaiyyə deyib: Biz sionist rejimin İraqın hava məkanını və suverenliyini pozaraq, İraqdan keçərək qonşu ölkə İrana hücumunu şiddətlə qınayırıq.
Bu hücum regionun təhlükəsizliyini təhdid edir. Biz İraq hökumətini və onun müdafiə sistemlərini günahlandırırıq, çünki hava qüvvələri komandanlığının rəsmi sözçüsü televiziya ilə verdiyi açıqlamada hava hücumundan müdafiə sistemimizin tam hazırlıq vəziyyətində olduğunu bildirib. Baş nazirimizdən xahiş edirik ki, bu məsələni təqib etsin və İraqı zəif və şübhəli göstərən belə bir mövzuda laqeydlik və tənbəlliyə yol verməsin.
Allah İraqı və onun xalqını, İranı və xalqını, Fələstini, Livanı, Yəmən və xalqlarımızı qorusun”.
Müfti açıqlamasının sonunda İslamın başlanğıcında müsəlmanlara qarşı müharibə zamanı yəhudilərin qorxaqlığından bəhs edilən Qurani-Kərimin Ali-İmran surəsinin 111-ci ayəsinə toxunub. Ayədə buyurulur: “Onlar sizə əziyyətdən başqa bir zərər yetirə bilməzlər. Əgər sizinlə vuruşmalı olsalar, arxa çevirib qaçarlar. Sonra isə onlara kömək də edilməz.”
İraq sünnə müftisi: İsrailin hücumları regionun təhlükəsizliyinə təhdiddir