Fransada qətlə yetirilən siyasi mühacir Vidadi İsgəndərli oktyabrın 21-də dəfn olunub. İstintaq qrupu siyasi mühacirin nəşini 2o gündən çox eksperitza məqsədi ilə klinikada saxlayıb.
Avropalı siyasətçilər İsgəndərlinin qətlini transmilli cinayət kimi qiymətləndirir.
Bu barədə İsgəndərlinin qardaşı Oqtay İsgəndərli Amerikanın Səsinə bildirib.
“İstintaq orqanının tövsiyəsi ilə dəfn mərasimində ailə üzvlərindən yalnız mən iştirak etdim. Təbii ki, qadağa etmədilər, sadəcə tövsiyyə etdilər. Mənə dedilər ki, dəfndə çox adamın iştirakı əlavə problemlər yarada bilər. Dedilər ki, çox adam gələr, çəkilişlər apararlar, bu zaman bizə də sözlər deyən olar və bu da qanqaraçılıq yarada bilər. Ailəsi də qərara gəldi ki, dəfndə çox adam iştirak etməsin”, o qeyd edib.
Oqtay İsgəndərlinin sözlərinə görə, dəfni türk əsilli din xadimləri həyata keçirib.
“Qardaşımı Azərbaycan bayrağı ilə dəfn etdik. Qəbiristanlıqda olan ərəb əsilli insanlar cənazə namazına qatıldı”.
İsgəndərlinin sözlərinə görə, istintaq davam edir.
“İstintaqda Vidadinin ailəsinin hüquqlarını Fransa dövləti tərəfindən verilmiş iki vəkil müdafiə edir. Hazırda istintaq davam edir. Amma istintaqın gedişi barədə bizə hər hansı məlumat vermirlər. İstintaq çox məxfi şəraitdə davam etdirilir”, o qeyd edib.
İsgəndərli siyasi mühacirlərə qarşı transmilli cinayətlərin Qərbdə diqqət mərkəzində olduğunu bildirib.
“Dünən Avropa Parlamentində dinləmələr oldu. Məni də dəvət etmişdilər. Orada mən polisin müşaiyəti ilə müşahidəçi qismində iştirak etdim. Dinləmələrdə Vidadinin adı çəkildi və deputatlar dəfələrlə dedi ki, Vidadinin qətli transmilli cinayətdir. Bundan iki gün əvvəl Çexiyada da dinləmələr olub. Orada da deyiblər ki, Vidadinin qətli transmilli cinayətdir. Oktyabrın 29-da isə ABŞ-da transmilli cinayətkarlığa qarşı mübarizə ilə bağlı dinləmələr olacaq. Orada siyasi oturum almış şəxslərə trnasmilli cinayətlərin artması gündəmdə olacaq”, o qeyd edib.
Siyasi mühacir Vidadi İsgəndərli sentyabrın 29-da Fransanın Müluz şəhərində yaşadığı evdə naməlum şəxslərin hücumuna məruz qalıb və oktyabrın 1-də bu şəhərin hospitalında vəfat edib. Naməlum şəxslər İsgəndərliyə 20-dən çox bıçaq zərbəsi endirib.
Vidadi İsgəndərli bundan öncə, 2022-ci il iyunun 16-da Fransada həmin şəhərdə fiziki hücuma məruz qalıb. O, qəfildən 10-12 nəfər silahlanmış şəxsin onu öldürməyə cəhd etdiyini bildirmişdi. O zaman polis müəyyən etmişdi ki, bu, yerli kriminal qrupların işidir.
İsgəndərli sifarişin Azərbaycan hakimiyyətindən gəldiyini hesab etdiyini bildirmişdi.
Vidadi İsgəndərli sosial şəbəkələrdə hakimiyyətin ünvanına sərt və emosional tənqidləri ilə tanınırdı.
O, 2011-ci ildə Bakıda saxlanılıb. Məhkəmə onu döymə, seçki hüquqlarının həyata keçirilməsinə mane olma və seçki komissiyalarının fəaliyyətinə müdaxilə ittihamı üzrə təqsirli bilərək 3,5 il azadlıqdan məhrum edib. İsgəndərli 2012-ci ilin dekabrında Azərbaycan prezidentinin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.
Hüquq müdafiəçisi hökmü qəbul etməyib və siyasi sifariş hesab edib.
İsgəndərli Fransaya 2015-ci ildə mühacirət edib.
Bir sıra beynəlxalq təşkilat, o cümlədən Amnesty International Fransa hökumətini Vidadi İsgəndərlinin qətlinin üstünün açılması və qətlin motivinin müəyyən edilməsi üçün tədbirlər görməyə çağırıb.
“Bu mənfur cinayət təcili araşdırılmalı və şübhəli bilinənlərin hamısı ədalətli məhkəmə yolu ilə məsuliyyətə cəlb edilməlidir”, Amnesty International təşkilatının Cənubi Qafqaz üzrə tədqiqatçısı Natalia Nozadze deyib.
Fransada azərbaycanlı siyasi mühacirin qətli transmilli cinayət kimi xarakterizə edilir