Bəzi beynəlxalq media əlaqəsi olmayan görüntülərlə İsrailin İrana gecə hücumu barədə saxta xəbərlər yayıblar

İsrail rejimi bu gecə İrana hücum etdiyini elan edib.

Rejimin mənbələri və mediaları gecə saatlarında İrana qarşı iki dalğada hücum etdiyini açıqlayıb.

Hücumların fonunda İrandan görüntülər yayılmağa başladı - həmin görüntülərdə isə İran HHM sistemlərin düşmən tərəfindən atılan raketləri uğurlu şəkildə zərərsizləşdirdiyi görünür.

Bəzi media orqanlarının "İranda dağıntılar", "İranda zərbələrdən sonra yanğınlar" başlığı ilə təqdim etdiyi görüntülərin hamısının isə köhnə olduğu və ümumiyyətlə İran ərazisində çəkilmədiyi üzə çıxıb.

İran daxilindən yayılan digər görüntülərdə isə iranlılar tam sakit şəkildə olduğu, heç bir həyəcan və təşvişin baş vermədiyi əks olunub.