Paraüzgüçümüz Gimnaziadada gümüş medal qazandı

Azərbaycan paraüzgüçüsü Əli Vəliyev Bəhreynin paytaxtı Manama şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında gümüş medal qazanıb.

Yeniyetmə idmançı qarışıq kateqoriyalar üzrə 200 metr məsafəyə sərbəst üsulda 644 xallıq nəticə ilə ikinci olub.

Ə.Vəliyev Gimnaziadanın növbəti yarış günlərində 50 metr məsafəyə arxası üstə, kəpənək və sərbəst üzmə üsullarında mübarizə aparacaq.

Qeyd edək ki, oktyabrın 30-dək davam edəcək oyunlarda 26 idman növü üzrə 71 ölkədən ümumilikdə 18 yaşadək 3687 idmançı mübarizə aparır. Azərbaycan Gimnaziadada 16 növ üzrə 160 idmançı ilə təmsil olunur.

 

Unikal.az