Pakistanın şimal-qərbindəki Hayber-Paxtunxva əyalətində terrorçu-kamikadzenin özünü partlatması nəticəsində azı 4 təhlükəsizlik əməkdaşı ölüb, 5-i yaralanıb.
Bu barədə “Associated Press” polisə istinadən xəbər yayıb.
İnsident Şimali Vəziristanın Əfqanıstanla sərhəd yaxınlığındakı Mir Əli bölgəsindəki nəzarət-buraxılış məntəqəsində baş verib.
Partlayıcı ilə yüklənmiş avtomobil hüquq-mühafizə postuna çırpılıb, nəticədə 4 nəfər ölüb, daha 5 nəfər yaralanıb. Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Bir sıra media orqanları iki əsgər, dörd polis zabiti və iki mülki şəxs də daxil olmaqla səkkiz nəfərin öldüyünü bildirib.
Hücuma görə məsuliyyəti qadağan edilmiş “Təhrik-i-Taliban”a bağlı yaraqlıların öz üzərinə götürdüyü bildirilib.
Report.az
Pakistanda terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 4 nəfər ölüb