Oktyabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsi Müsəlman Birliyi Hərəkatının daha bir üzvünə hökm oxuyub. Məhkəmə Həsən Abbaszadə barəsində CM-nin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) maddəsi ilə ittiham aktına baxılıb.
Məhkəmədə şahidlərin dindirilməsindən sonra son qərarı elan edib. Hakim ittihama uyğun dəlil sübutların olmaması səbəbindən narkotiklərə aid maddəni 234.4.3-dən 234.1-1-ə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) tövsif edərək Həsən Abbaszadəni 3 il müddətinə azadlıqdan məhrum edib.
Xatırladaq ki, Həsən Abbaszadə 2023-cü ilin 11 sentyabr tarixində, axşam saatlarında Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində bir neçə nəfər mülki geyimli şəxs tərəfindən saxlanılır. Ailəsi sentyabrın 12-də Həsən Abbaszadənin Binəqədi Rayon Polis İdarəsində olduğunu öyrənir. Məlum olur ki, onun haqqında Cinayət Məcəlləsinin narkotik ittihamı ilə cinayət işi açılıb.
Həsən Abbaszadəyə hökm oxundu – 3 il