Siyasi məhbus siyahısında inanclılar - İslamın hədəfdə olma səbəbi (11-ci hissə)

Aparılan araşdırmaların son qısa icmalı bunu söyləməyə əsas verir ki, hədəfə alınan dəyər xarici və daxili səbəbləri özündə ehtiva edərək böyük əhəmiyyətə malikdir. Əks halda, səfərbər edilən qüvvələrin narahatlıq yaşayan fikirlərində nifrət təzahürü bu qədər aşkar özünü nümayiş etdirməzdi.
İslam-şiəlik milli kimlik olmaqla yanaşı eyni halda o, təbii ki, dini kimlikdirdə. Demək bunların birinə hücum digərinin qoruma sisteminin işə düşməsi ilə nəticələnəcək. Buna görə də, hədəfə alınan millilik və ya dinilik, əslində, köklü dəyərlərin dəyişdirilməsinə, tarixin süzgəcindən süzülərək xalqı formalaşdıran dəyərlərə qarşı atılan planlı addımın pərdəarxası icrasıdır ki, bu dəyərlər var ikən köklü xalqın dəyişdirilməsini mümkünsüz edəcək.
Bu gün müasirlik adı altında ailə institutlarının dağıdılmasına yönələn layihələr, əslində, bir xalqın xaosa sürüklənərək dəyərlərinə tuşlanmış silahdır. Dəyərlərin mövcudluğu isə təkcə müdafiə deyil, eyni zamanda mübarizə üçün eynilik və müttəfiqlikdir.
Nəticə olaraq bu mövzuda siyasi məhbus siyahısında inanclıların adının artma səbəblərindən aşağıdakıları qeyd etmək olar:
1. Din xalqın inanc sərhədlərini qorumaqla dünyada rəngli əyləncələrin, fikirləri məşğul edib geniş cinsi və psixoloji pozuntuların dəli fırtınasına yox deyir. Bu narkomaniya ilə yanaşı aşırı modabazlıq, müasir dünyanın aksesuar çılğınlığı, şou asılılığı və sair bu kimi özündən uzaqlaşan səbəblər toplusuna etiraz olduğu üçün böyük maliyyə cəhənnəmini üzərində gəzdirən bu işlərin təşkilatçılarının hədəfindədir.
2. Hakimiyyətləri qorxudan birlik, vəhdət, bərabərlik, ədaləti hədəfləyən islam korrupsiya rejimlərini, insan hüquqlarını dəlicəsinə əzən rejimləri haqlı narahatlıq girdabına saldığına görə təzyiq altına alınır. Eyni zamanda, iki fərqin qarşı-qarşıya qoyulacağı, təbii olaraq hansı tərəfin qazanacağı qorxusu bu gün İslamın pak varlığını məngənəyə çəkib.
3. Digər din və məzhəblərin İslam adı altında həqiqətin bu gün dünyada bariz nümunəsi olaraq şiəliyin mübarizə səhifəsindən qorxu və təlaşları ölkədə din haqqında yanlış fikirlər formalaşdırmaq üçün siyasi dini cərəyanların əks hücumu bu günün şiəliyini hədəfə gətirib.
4. Qərbin “demokratiyasına” rəqib gördüyü həqiqi İslamın real güc olaraq qəbul edilməsi ilə barışmaması siyahıda artan inanclıların həbs rəqəmlərinə böyük dözümlə seyrin aydın təzahürüdür. Eyni halda “Qərb şoumenləri”nin də anladığı bir xalqın istənilən əsarətini gerçəkləşdirəcək oyuna çəkilməsi üçün maneə olan milli və dini kimlik statusunun əzilməsi maraqlardan doğduğu üçün yanaşma standartı da fərqli olmamalı idi.
5. Millətçilərin hədəfində parçalanma, Azərbaycan kimi bir xalqın müxtəlif etnik qruplardan nəşət tapmasını anladığı halda bu fikiri irəli sürməsi şübhəsiz qorxulu çağırışıdır və bunun arxasında da yaxın və uzaq maraqların olması şübhəsizdir. İslamın bu nöqtədə bəlli mövqeyi bu planların qarşısını aldığı üçün millətçilərin də hədəfində olmaq kimi bu günün inanclısını mövcud səhnəyə gətirib.
 
 
11-ci hissənin sonu