Milli Məclis növbədənkanar seçkilərin vaxtını elan edib. Yeni seçiləcək deputatların ötən sistem ilə nə ilə fərqlənəcəkləri, ümumən fərqli olacaqları haqda fikir söyləmək atadan oğula keçən idarəçilik sistemi olaraq, deputatların da öz vərəsələrinə kürsü ötürməsi ilə bir çox həqiqətləri aydınladır. Lakin bu, bizim bir vətəndaş olaraq vəzifə sahiblərindən tələb və istəklərimizi ikinci plana atmayan həm ölkə üzərində, həm də İlahi kökm olaraq vəzifəmizdə məsul olmağımızı bizə xatırladır.
Qanunlar haqqın tələbini nə qədər önəmsəyirsə, İlahi qanunlar da bunun icrasında bir o qədər məsuliyyəti ciddiyə alır. Demək, düşüncə və əqidə fərqindən asılı olmayaraq hər kəsi bu dövlət üzərində, hakimiyyət önündə məsul edən qanunlar yeni təyinatlılar üzərində də qanunların məclis daxilində hesablanan forma deyil, xalqın istək və arzularının təzahürü olaraq qəbul edilməsi fikirlərinə addım cəhdimizə bir təkan sayılmalıdır.
Bəzən belə məsələlərdə ümidsizlik bizim sonradan sözün əsl mənasında düyünə çevrilən məsələlərdə yanaşmamız bu günün artıq həlli mürəkkəbləşən bir durumunu sərgiləməkdə davam edir. Bütün bunlardan irəli gələrək belə bir təşəbbüsü həm insan haqları, həm də dini hüquqları bir araya gətirərək yeni icraedici orqan üzərindən irəli sürülməsini yeni məclisin qurulması ilə müraciət ünvanlamağı irəli sürərdik.
Hər kəs ölkədə yalnız məscidlərə uşaqların gəlməsi üçün qoyulan məhdudiyyət və yaş həddindən xəbərdardır. 16 müəyyən olunan qadağa Azərbaycanda ictimai yerlər üçün müəyyən olunan yeganə qadağan növüdür. Maraqlı odur ki, uşaqlarını sonsuz məhəbbətlə sevən və onların yaşam tərzinə məsul olan valideynlərin uşaqlarını məscidlərə gətirmə qadağası mövcud hüquq və azadlıqları açıq formada pozduğu halda Dini Komitə belə bir qanun təşəbbüsünü məqbul bildi.
Bəlkə də bu məsələdə hər kəsin riqqət və nifrətinə səbəb olan addıma yetərli reaksiyaların olmaması elə “lazım idi” kimi məkirli planı oturaq hala gətirərək illərdir ki, məscidə gəlmək istəyən övladlarımızı məscid qapıları arxasında qoyur.
Təşəbbüsümüz yeni milli məclisə bu qanunun ləğvi ilə bağlı petisiya hazırlayaraq qəbul edilmiş qanunun əslində xalq tərəfindən istənilməməsi, inanclılar tərəfindən qəbul edilməməsini onlara bildirməkdir. Bunun üçün geniş imzatoplama həyata keçirək və bu imzalarla yeni Milli Məclisə müraciət edərək, bu qadağanı aradan qaldırmağı istəyək.
Qanun qəbul edən orqanın müraciəti irəli sürən komitə kimi tərəflərin fikirlərini əsaslandıran bu qanunlarda xalqın arzu və istəklərinin təzahürü olaraq addımı həm qanunun qəbulunda pozulan haqlar, həm də Allah qarşısında vəzifəmizin icrasını ortaya qoyar. Toplanmış imzalarla müraciətin nəticələri baxımsız qalarsa, biz bu imzaların sahibləri olaraq minləri bir araya gətirib Milli Məclisin qarşısına canlı imza olaraq bu məsələdə ciddiyyətini ortaya qoysaq, qəbul ediləcək bir çox ziddiyyətli qərarların qarşısını almış olarıq.
Təşəbbüsümüz yeni Milli Məclisə petisiya hazırlamaqla qoyulan qadağanın aradan qaldırılmasına nail olmaqla gələcək nəsillərimizi bu günün təhlükəli pozucu atmosferindən qorumaq, dini inancımızı tanıyıb ona sahib çıxmaq kimi missiya olaraq icrasında zərurət bilir. Eyni halda bu addım hər qəbul olunan qanunda xalqın istəklərini nəzərə almaq kimi əhəmiyyətli bir işi yeni depudatlara bir daha xatırlatmaq missiyası daşımış olacaq.
Yeni Milli Məclisə müraciət