Ceyhun Balaşov polis nəzarətinə verilərək azad olundu (yenilənib)

Sağlamlıq durumu kritik olaraq özəl müalicə mərkəzinə yerləşdirilən Ceyhun Balaşov bu dəqiqələrdə azdlığa buraxılıb. Məlumatı Balaşovun vəkili Rəsul Cəfərov verib. Vəkilin bildirdiyinə görə Lənkəran Ağır Cinayətlər Məhkəməsi vertual keçitilən iclasda Ceyhun Balaşov barəsində polis nəzarətinə verilməklə azadlığa buraxılma qərarı verib. Ailəsi onun durumunun ciddi-ağır olduğunu bildirərək hal-hazırda reanimasiya şövbəsində oksigen aparatına qoşulan Ceyhun Balaşovu görmək üçün xəstəxanaya yol aldıqlarını bildirib.  

 

+++++++++++++++++++++++++++++++

 

İyulun 9-da Kürdəxana təcridxanasında işgəncələr, fiziki zor tətbiq edildikdən sonra vəziyyəti ağırlaşan Ceyhun Balaşov tomoqrafiya olunub. Avqustun 20-də Leyla Şıxlinskaya adına klinikada iki gün sürən müayinələrdən sonra dünən o, yenidən Pentesiar Xidmətin Müalicə Mərkəzinə köçürülüb. Müalicə mərkəzindən verilən məlumatda bildirilir ki, Balaşovun başında onkoloji ocaqlar müəyyən olunub. Tomoqrafiyanın nəticələri Onkologiya Mərkəzinə göndərilib. Tam diaqnoz oradan gələn cavablardan sonra dəqiqləşdiriləcək. Bununla belə Ceyhun Balaşovun vəziyyəti ağırdır və o Müalicə Mərkəzində həkim nəzarəti altında müalicəsini davam etdirir.

 Xatırladaq ki, Müsəlman Birliyi Hərəkatının üzvü Ceyhun Balaşov ölkədə anti Aşura layihəsi çərçivəsində sayı mini ötdüyü deyilən inanclılardan biridir və o fevralın 2-də saxlanılıb. Həbsinin ilk 5 ayını Şüvəlan təcridxanasında keçirən Ceyhun bir dəfə olsun belə səhhəti ilə bağlı problem yaşamayıb. İyulun əvvəlində vertual məhkəməyə çıxmaq üçün Kürdəxana təcridxanasına gətirilən (Şüvəlan təcridxanasında vertual xidmət üçün lazımı şərait yoxdur) Ceyhun iyulun 9-da ilk vertual məhkəmə iclasından sora amansızcasına döyülüb. Vəziyyətinin ağırlaşması səbəbindən iyulun 14-də o, Pentesiar Xidmətin Müalicə Mərkəzinə köşürülüb. 18 gün orada müaliicə alqdıqdan sonra Ceyhun Balaşov avqustun 6-da yenidən Kürdəxana Təcridxanasına geri qaytarılıb.  Lakin üç gün sonra avqustun 9-da onun səhhəti yenidən kəskin pisləşib.

Dəhşətli ağrılar səbəbindən o, hətta huşunu belə itirib. Təcridxana rəhbərliyi Ceyhunun səhhəti haqqında ailəsini məlumatlandırıb. Avqustun 13-də ailəsi Ceyhunla görüşüb. Dəhşətli işgəncələrin yaratdığı fəsadlar Ceyhunun baş ağrıları ilə yanaşı günün müəyyən saatında hətta onu anlaqsız hala gətirib. Bütün bu hallardan narahat olan ailə üzvləri təcridxana rəhbərliyinə onun müalicəsi ilə bağlı lazım olan xidmətin göstərilməsini istəyib.

Bundan sonra Ceyhun Balaşov avqustun 17-də müalicə mərkəzinə köçürülüb. Pentesiar Xidmət rəhbərliyinin xüsusi göstərişi əsasında o, ötən gün, avqustun 20-də “Leyla Şixlinskaya” adına xəstəxanaya köçürülüb.