Azərbaycanda inflyasiya 12,2 faiz təşkil edib

2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda inflyasiya 2022-ci ilin yanvar-iyul aylarına nisbətən 12,2 faiz təşkil edib. Bu isə ötən aya nisbətən 0,5% azdır.

Toplum TV xəbər verir ki, bu barədə avqustun 10-da Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, istehlak qiymətləri indeksi ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 114,3 faiz, qeyri-ərzaq məhsulları üzrə 111,0 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,4 faiz təşkil etmişdir. 2023-cü ilin iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,3 faiz, əvvəlki ilin iyul ayına nisbətən 109,4 faiz təşkil edib.