Donetskə məscid atəşə tutulub

Ukrayna Silahlı Qüvvələri Donetskin "Ahat-Cami" məscidini atəşə tutub. Bu barədə şəhər administrasiyasının rəhbəri İvan Prixotko "Ruskaya Vesna" portalına bildirib. 

Onun sözlərinə görə, atəş zamanı məscidin minarəsinə ziyan dəyib. 

Həmçinin Prixotko qeyd edib ki, hadisə nəticəsində ölən və yaralanan olmayıb.