Azərbaycanda zəlzələ baş verib

Fevralın 18-də Lənkəran stansiyasından 28 kilometr şimalda, Masallı rayonu ərazisində 3,5 bal gücündə zəlzələ baş verib.

"Qafqazinfo"  Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 23:16-da qeydə alınıb.

Ocağı 20 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.