Türkiyədə 4 bal gücündə zəlzələ oldu

Türkiyənin Malatya şəhərində 4 bal gücündə zəlzələ olub.

“Posta”ya istinadən xəbər verilir ki, Arquvan vilayətində meydana gələn təkanlar yerin 7 kilometr dərinliyində yerləşib. Təşvişə düşən vətəndaşlar küçəyə çıxıb. Bir neçə kəndin evlərində çatlar əmələ gəlib.

 

Qeyd edək ki, Malatyada aprelin 7-də də 3,4 bal gücündə zəlzələ baş vermişdi.