Türkiyədə 4,5 bal gücündə zəlzələ

Türkiyənin Van şəhərinin Çaldıran ərazisində zəlzələ baş verib.
 
Türkiyə KİV-inə istinadən xəbər verilir ki, bu barədə Boğaziçi Universiteti Qəndilli Rəsədxanası və Zəlzələ Tədqiqat İnstitutu məlumat yayıb. Təkanın şiddəti 4,5 bal gücündə olub və yerin 10 km dərinliyində qeydə alınıb. 
 
Tələfat və dağıntı barədə məlumat yoxdur.