Türkiyənin Van vilayəti silkələndi

Türkiyənin Van vilayətində 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

Axar.az Türkiyə saytlarına istinadən xəbər verir ki, Van vilayətindəki zəlzələ yerli vaxtla 06:50 radələrində baş verib.

Vilayətdə dağıntılar və xəsarət alanlar barədə heç bir məlumat yoxdur.