Nicat Əliyevin Apelliyasiya şikayətinə baxılacaq

MBH üzvü Nicat Əliyevin barəsində açılan CM-nin 234.4.3-maddəsi ilə başlanan cinayət işindən şikayətə baxılacaq. Məlumatı Nicat Əliyevin yaxınları verib. Belə ki, yanvarın 23-də Sabunçu Rayon Məhkəməsində hakim Həsən Əhmədovun sədirliyi ilə baş tutacaq Apelliyasiya şikayəti saat 11:00-da keçiriləcək.

Xatırladaq ki, MBH üzvü Nicat Əliyevin dekabrın 1-də naməlum şəxslər tərəfindən oğurlanmışdı. Onun haqqında ailəsi Daxili İşlər Nazirliyinin qaynar xəttinə müraciət etsə də, üç gün onun harada olması haqda hər hansı bir məlumat ala bilməyib. Yalnız dekabrın 4-də Nicat Əliyevin saxlanılması haqda ailəsinə məlumat verilib. O, cinayət məcəlləsinin 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.