Myanma BMT-yə etiraz etdi

Myanma hakimiyyəti BMT-nin müsəlmanlara qarşı ordu tərəfindən soyqırımı tətbiq edilməsi haqda hesabatı ilə razı deyil.

Xarici KİV-ə istinadən xəbər verilir ki, bu barədə ölkə prezidentinin mətbuat xidməti bəyanat verib.

“Biz fakt-tapşırıq missiyasının nümayəndələrinin Myanmaya daxil olmasına icazə verməmişik, buna görə də biz İnsan Hüquqları Şurasının qəbul etdiyi qətnamələrlə razılaşmırıq” – bəyanatda deyilir.

Xatırladaq ki, BMT-nin İnsan Hüquqları Şurasının Myanma üzrə missiyası bazar ertəsi Myanmadakı hadisələrlə bağlı hesabat dərc edib.

Hesabatda missiya əməkdaşları ordunun yerli müsəlman əhaliyə qarşı soyqırımı həyata keçirdiyi və buna görə də ordunun yüksək çinli rəsmilərinin beynəlxalq məhkəməyə cəlb olunmasını tələb edib.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Ofisinin əməkdaşları Təhlükəsizlik Şurasına həmçinin bu şəxslərə qarşı sanksiyalar tətbiq edilməsini də tövsiyə ediblər. Sanksiyalar əsasən onların ölkədən qırağa səyahətinə qadağa və xarici aktivlərinin dondurulmasını özündə əks etdirir.

Qeyd edək ki, missiya tərəfindən həmçinin Myanmaya silah embarqosunun da tətbiq edilməsi istənilir.