Müharibə Suriya iqtisadiyyatına 400 mlrd. dollarlıq ziyan vurub

BMT mütəxəssisləri hərbi fəaliyyətlər dönəmində Suriyaya dəyən zərərin məbləğini hesablayıblar. Onların hesablamalarına görə, 7 il ərzində ölkə iqtisadiyyatına 400 mlrd dollara yaxın zərər dəyib.

Qurum bu barədə “SƏR-də münaqişədən sonra  bərpa üsulları” ilə bağlı keçirilən 2 günlük görüşün yekunları ilə əlaqədar mətbuata açıqlaması zamanı bəyan edib.

“Diskusiyada əsas diqqət iqtisadi sahədə dəyən zərərə görə fiziki maliyyənin həcminə, hansı ki, 388 mlrd dollardan artıqdır və onun bölünməsinə yönəldilmişdir” – deyə məlumatda vurğulanıb.