Tbilisidə saxlananlar var

İyunun 11-də Tbilisinin mərkəzində antihökumət etirazlarının təşkilatçılarından biri və üç etirazçı saxlanıb. Xəbəri Gürcüstanın Daxili İşlər Nazirliyi yayıb.
 
Məlumatda deyilir ki, Zviad Kuprava və üç etirazçı xuliqanlıqda və itaətsizlikdə suçlanır. Nazirlik əlavə detalları açıqlamayıb.
 
Tbilisidə etirazlar mayın 31-də başlanıb, iyunun 6-da dayandırılıb, dünən- 10-da yenidən bərpa olunub. Nümayişçilər iki gəncin ölümündə şübhəli bilinənlərə qarşı məhkəmə hökmündən narazı qalıblar.
 
Etiraz liderlərindən biri, öldürülən gənclərdən birinin atası Zaza Saralidze saxlananların dərhal azad edilməsinə çağırıb.
 
O, gürcüləri yerli vaxtla 2-yə təyin olunmuş etiraz aksiyasında iştiraka səsləyib.
 
Saralidze və tərəfdarları hökumətin istefasını tələb edir. Onların fikrincə, gənclərin ölümünə görə məsuliyyət daşıyan başqaları da var, ancaq qohumları Baş Prokurorluqda işlədiyindən məsuliyyətdən yayına biliblər.
 
toplum.tv