Daha bir ölkə BMT-nin pulunu kəsməyə hazırlaşır

İtaliya hökuməti BMT-yə ayrılan maliyyənin miqdarını azaltmağı müzakirə edəcək. "ANSA"ya istinadən bildirilir ki, bu barədə ictimaiyyətə İtaliyanın baş nazirinin müavini və daxili işlər naziri Matteo Salvini məlumat verib. 

Qeyd edək ki, BMT-nin insan hüquqları üzrə ali komissarı Mişel Baçelet İtaliyaya miqrantlarla bağlı monitorinq qrupunu göndərəcəyini açıqlayıb.

“Hər il BMT-nin hesabına 100 milyon avrodan çox pul ödəyən İtaliya hökuməti bu vəsaitlərdən nə dərəcədə məqsədəuyğun istifadə edildiyinin yoxlanılmasını zəruri hesab edir. BMT nədənsə bir sıra ölkələrdə tətbiq edilən ölüm cəzası, işgəncə və qeyri-humanist davranışlar kimi ciddi problemlərə nəzər yetirmir. O, monitorinq komissiyasını həmin ölkələrə göndərməlidir. İrqçiliyi İtaliyada yox, başqa yerdə axtarın”,-deyə Matteo Salvini əlavə edib.