Yəmən haqqında qətnamə qəbul edildi

BMT Təhlükəsizlik Şurası Yəmənin Hudeydə şəhərində atəşkəsin dəstəklənməsi və nəzarət edilməsi üçün müşahidəçilərin göndərilməsi haqqında qətnaməni qəbul edib.

“Sputnik”ə istinadən xəbər verilir ki, İngiltərənin təqdim etdiyi qətnamə yekdilliklə qəbul olunub.

Sənəddə ilkin mərhələdə 30 gün müddətinə beynəlxalq müşahidəçilər qrupunun Hudeydəyə göndərilməsi nəzərdə tutulub.