Lavrov: “Taxıl sazişi”nin uzadılması Türkiyədəki daxili siyasi hadisələrlə bağlı deyil

"Taxıl sazişi"nin uzadılması Türkiyədəki daxili siyasi hadisələrlə bağlı deyil.

Operativtv.com  APA-nın Moskva müxbirinə istinadla xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov uqandalı həmkarı ilə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

"Taxıl sazişi" məsələləri Türkiyədəki daxili siyasi hadisələrlə heç cür bağlı deyil", - deyə Rusiya XİN başçısı vurğulayıb.

Rusiya tərəfi Ərdoğanın "Taxıl sazişi" ilə bağlı təşəbbüsünü dəstəkləyib, lakin bu iki ayın həlledici olacağını ümid edir.