İsraildə terror aktı törədilib, 1 nəfər ölüb, 11 nəfər yaralanıb

İsrailin cənubundakı Beerşeba Mərkəzi Avtovağzalında terror aktı nəticəsində 11 nəfər yaralanıb.

“The Times of Israel”-ə istinadən verdiyi xəbərə görə, həkimlərin səyinə baxmayaraq, hadisə yerində yardım göstərilən 25 yaşlı qadın həyatını itirib.

Yaralılardan 5-nin durumu ağırdır.