Suriya istehkamçıları Dəməşqdən cənubda terrorçulardan azad olunan "Yərmuk" qaçqın düşərgəsini minalardan təmizləyir. İŞİD terrorçuları məntəqəyə uzun müddət nəzarət etdiyi üçün minalanmış yerlər həddən artıq çoxdur.
Terrorçular "Yərmuk"da orta məktəbləri terrorçu hazırlamaq üçün istifadə edib. "Rossiya 24" kanalı terrorçu hazırlamaq üçün istifadə olunan məktəblərin birindən reportaj hazırlayıb.
Məktəbdə çəkiliş zamanı sinif və dəhlizlərdə İŞİD-lə bağlı müxtəlif şəkil, bayraq və şüarlara rast gəlinib. Azyaşlılar bu tip məktəblərə cəlb olunaraq orada yazıb-oxumaqla yanaşı, silahdan istifadəni də öyrəniblər. 13 yaşına qədər tapança, avtomat atmağı öyrənən, həmçinin müxtəlif partlayıcıların hazırlanması üzrə təlim alan, o cümlədən özünü partlatmağa hazır olan (aparılan təbliğatın nəticəsində) uşaqlar İŞİD terrorçularının bu cür qurbanına çevriliblər.
"Ən dəhşətlisi budur ki, intiharçıları valideynləri özləri seçirdilər. Onlar öz uşaqlarını hazırlayırdılar. Onlara deyirdilər ki, bu cür yaşayış düzgündür. Onlara kəmərli partlayıcı qurğuları bağlayır və ölümə göndərirdilər",-deyə Suriyanın xidmət orqanının əməkdaşı Məhəmməd deyir.
Məktəbdə axtarış zamanı terrorçuların istifadə etdiyi daha bir gizli fakt ortaya çıxıb. Belə ki, terrorçular izdiham arasında bir-birini seçmək üçün xüsusi ətirlərdən istifadə ediblər. (faktxeber.com)
İŞİD-ə terrorçu hazırlayan məktəbdən reportaj: "İntiharçıları valideynləri özləri seçirdilər"

Oxşar xəbərlər