İŞİD lideri oğlu və kürəkəni ilə bu ünvanda gizlənir

“İŞİD terror qruplaşmasının başçısı Əbubəkr Əl-Bağdadi ehtimal ki, oğlu ilə birlikdə Suriyanın şərqində İraq sərhədinin yaxınlığında gizlənir.

Publika.az xəbər verir ki, bu haqda İraq kəşfiyyatındakı anonim mənbəyə istinadən “Al Sharq Al Awsat” qəzeti bildirib.

“Əbubəkr Əl-Bağdadi indiyə kimi nəzarətində saxladığı Suriyanın İraqla sərhəd rayonundadır”, - mənbə deyib.

O, həmçinin qeyd edib ki, qruplaşmanın başçısı dörd-beş nəfərlə, o cümlədən oğlu və kürəkəni tərəfindən əhatə olunub.

Amerika kəşfiyyatındakı mənbələrə əsasən, Əl-Bağdadi mobil telefondan istifadə etmir. Onun bir yerdə 72 saatdan çox qalmadığı və cəmi iki mühafizəçinin müşayiəti ilə gözəçarpmayan avtomobillərdə hərəkət etdiyi bildirilir.

ABŞ İŞİD liderinin tutulması və ya məhvinə kömək edəcək informasiya üçün 25 milyon dollar mükafat vəd edib.