Bu gün jurnalist Əfqan Muxtarlı cəzaçəkmə müəssisəsinə köçürülüb. Lent.az-ın məlumatına görə, bu barədə onun yaxınları feysbukda məlumat yayıblar.
Bildiriblər ki, Əfqan Muxtarlı saxlandığı İstintaq Təcridxanasından 16 saylı cəza çəkmə müəssisəsinə köçürülüb.
Baş Prokurluğun yaydığı məlumatda qeyd edilib ki, Əfqan Muxtarlı ötən il mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən Ə. Muxtarlı xidmət əməkdaşlarına müqavimət göstərib. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanaraq götürülüb.
Ona Cinayət Məcəlləsinin CM-nin 318-ci (Dövlət sərhədinin qanunsuz olaraq keçmə) və 206-cı (qaçaqmalçılıq), 315-ci maddəsi (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) imaddələri ilə ittiham irəli sürülüb.
Baləkən rayon Məhkəməsinin hökmü ilə Əfqan Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib.
Əfqan Muxtarlı cəzaçəkmə müəssisəsinə köçürüldü

Oxşar xəbərlər