13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhbuslar işgəncələrə məruz qoyulur. Bu barədə həmin cəzaçəkmə müəssisəsində cəza çəkmiş keçmiş məhbus, ictimai fəal Bayram Məmmədov cəzaçəkmə müəssisəsindəki mənbələrə istinadla bildirib. Onun sözlərinə görə, məhbusların hüquqları şəxsən cəzaçəkmə müəssisəsinin rəisi Çingiz Yunusov tərəfindən pozulur.
"İşgəncələr əvvəl də olub. May ayından müəssisənin rəisi dəyişdirilib. Ancaq, çox təəssüflər olsun ki,
bu işgəncə faktlarının azalmasına yox, daha da kəskinləşməsinə səbəb olub", deyə Məmmədov bildirib.
Xüsusən, yeni rəis məhbusların qanunsuz olaraq hazırladıqları spirtli içkini onların başına töküb. O, bu prosesi mobil telefonunun kamerasına çəkib.
Bundan başqa, rəisin əmri ilə məhbusları yerə uzadaraq dəyənək ilə döydürür və bunu da telefonuna çəkir.
Deyilənlərlə bağlı şərh verən Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov Turan agentliyinə bildirib ki, 13 saylı cəzaçəkmə müəssisəsində işgəncələr haqqında məlumat həqiqətə uyğun deyil. Bütün penitensiar müəssisələrdə məhbusların hüquqları təmin edilir və bu proses rəhbərliyin nəzarəti altındadır.
Eyni zamanda, ayrı-ayrı məhkumların qaydaları pozmaq, rəhbərliyin qanuni tələblərinə riayət etməmək cəhdlərinin qarşısı qanuna uyğun şəkildə alınır.
Bir müddət əvvəl iyunun 11-də 13 saylı cəzaçəkmə müəssisəsində məhkum Mikayıl Dəmirliyinin özünü ülgüclə kəsdiyi haqqında məlumat verilmişdi. Onun anası intihar cəhdinə döyülmə və qeyri-insani rəftarın səbəb olduğunu bildirmişdi. Penitensiar Xidmət bu məlumatı təkzib edib.
Fəal 13 saylı cəzaçəkmə müəssisəsində işgəncələrə haqqında məlumat verib

Oxşar xəbərlər