Tarixə “heykəl məhbusları” kimi düşən iki gəncin - Qiyas İbrahimov və Bayram Məmmədovun həbsindən 2 il ötür. Gənclər 10 may 2016-cı ildə “Gül bayramı”na etiraz olaraq sabiq prezident Heydər Əliyevin Mərkəzi Bankın qarşısındakı heykəlinə “Qul bayramınız mübarək!” yazdıqlarına görə hər biri 10 il müddətinə azadlıqdan məhrum olunublar.
Qeyd edək ki, Qiyas İbrahimov və Bayram Məmmədov 10 may 2016-cı ildə Heydər Əliyevin abidəsinə yazılmış şüardan sonra saxlanılıblar. Hər iki gənc DİN-nin mayın 11-də keçirdiyi əməliyyat nəticəsində tutulublar. Daxili İşlər Nazirliyi bəyan edir ki, Bayram Məmmədovun üzərindən 2 kiloqram 904 qram, evindən 1 kiloqram 150 qram heroin, Qiyas İbrahimovun üzərindən 2 kiloqram 607 qram, yaşadığı mənzildən 1 kiloqram heroin tapılıb. Gənclər Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunublar. Qiyas İbrahimov 25 oktyabr 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmə əsasən 10 il müddətinə azadlıqdan məhrum edilib. 5 iyun 2017-ci ildə bu qərardan verilən apellyasiya şikayəti təmin olunmayıb, 30 noyabrda Ali Məhkəmə kassasiya şikayətini təmin etməyib. Bayram Məmmədov 8 dekabr 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə görə 10 il müddətinə azadlıqdan məhrum edilib. 10 fevral 2017-ci ildə bu qərardan verilən apellyasiya şikayəti, 20 iyunda isə apellyasiya qərarından verilən kassasiya şikayəti təmin olunmayıb.
"Mən başa düşmürəm Azərbaycanda bu qədər narkotik haradandır, kim gətirir onu bura?" - Video
Oxşar xəbərlər