Bayram Məmmədov universitetdən xaric edilib

NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədov oxuduğu universitetdən xaric edilib.
 
O, bu barədə fecebook hesabından bildirib. 
 
Bayram Məmmədovun sözlərinə görə, 2016-cı ildə həbs olunduqları zaman universitet rəhbərliyindən onlara bildiriblər ki, istənilən zaman müraciət edib təhsilini davam etdirə bilər. 
 
Bir müddət əvvəl isə ona sentyabr ayından etibarən təhsilini davam etdirə biləcəyi bildirilib.
 
Bayram Məmmədov qeyd edib ki, bu gün, mayın 14-də universitet rəhbərliyi evə zəng edərək onun təhsildən uzaqlaşdırıldığını deyib. 
 
Bayram Məmmədov Bakı Slavyan Universitetində təhsil alıb. 
 
O, 2016-cı 10 may tarixində eks-prezidentin heykəlinə şüar yazdığına görə saxlanılıb.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib.
 
Beynəxalq hüquq müfadiə təşkilatları onu "vicdan məhbusu" kimi tanıyıb.
 
2019-cu il mart ayında Prezidentin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.