Azərbaycan hakimiyyəti saxta narkotik ittihamıyla saxlanmış gənc fəalı əvflə azadlığa buraxandan iki həftə sonra yenidən həbs edib.
Bu barədə Human Rights Watch insan hüquqları təşkilatı NİDA gənclər hərəkatının üzvü Bayram Məmmədovun yenidən həbs olunması ilə bağlı aprelin 3-də yaydığı bəyanatda deyir.
Qiyas İbrahim və Bayram Məmmədov 2016-cı ildə mərhum prezident Heydər Əliyevin heykəlinə "Qul bayramınız mübarək!" şüarı yazdıqdan sonra narkotik ittihamıyla həbs olunaraq, 10 il azadlıqdan məhrum edilmişdi.
Bayram Məmmədov aprelin 2-də keçirilən apellyasiya məhkəməsində saxlanılarkən işgəncəyə məruz qaldığını deyib, onun üzündə xəsarət izləri olub.
Hakim Namiq Məmmədov 30 günlük həbs qərarını qüvvədə saxlayıb. İşgəncə şikayətinin araşdırılması üçün prokurorluğa təqdimat göndərilməsi barədə qərar qəbul edib.
Bayram Məmmədovun yenidən həbsi Azərbaycan hökumətinin tənqidə dözümsüzlüyünün, azad sözə nifrətinin daha bir örnəyidir", - Human Rights Watch-un Avropa və Orta Asiya üzrə direktor müavini Giorgi Gogia belə deyib.
"Azərbaycan hakimiyyəti onu dərhal azadlığa buraxmalı, saxlanılması, hansısa pis rəftara məruz qalması barədə hesabatlılığı təmin etməlidir", - deyə o, əlavə edib.
Human Rights Watch Azərbaycanın çoxsaylı insan haqları sazişlərinə üzv olduğunu yada salır, həmin sənədlər isə saxlanılanlara işgəncə verilməsini, hansısa formada pis rəftarı qadağan edir. Qurum eyni zamanda Azərbaycan hakimiyyətinin tənqidi səsləri, narazıları susdurduğunu, onlarla jurnalistin, insan haqları müdafiəçisinin və dini fəalın siyasi motivlərlə saxlanıldığını bildirir. Martın 16-da isə prezident siyasi məhbus sayılan 51 nəfəri əvf edib.
"Məmmədovun mediaya müsahibəsində tənqidindən sonra yenidən saxlanılması Azərbaycanda siyasi məhbusların azadlığa buraxılması üzərinə kölgə salır. Hakimiyyət onu dərhal buraxmalı, əvfin ölkədə insan haqlarının durumunun yaxşılaşdırılması yönündə əsl addım olmasını təmin etməlidir", deyə Gogia vurğulayıb.
Hakimiyyət təmsilçiləri isə ölkədə siyasi məhbusların olduğunu qəbul etmir, bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirir.
HRW gənc fəalı azadlığa buraxmağa çağırır

Oxşar xəbərlər