Çempionlar Liqası: "Arsenal" uduzdu, "Barsa" heç-heçə etdi

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk matçlarına yekun vurulub.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, son oyun günündə də iki qarşılaşma baş tutub.

Portuqaliya “Portu”su doğma meydanda İngiltərənin “Arsenal” klubunu qəbul edib. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu matçın əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə Qaleno vurub.

Digər matçda isə İspaniya “Barselona”sı İtaliyada “Napoli”nin qonağı olub. Neapoldakı qarşılaşmada qalib müəyyənləşməyib - 1:1. Hesabı 60-cı dəqiqədə Robert Levandovskinin vurduğu qolla qonaqlar açıblar. Meydan sahiblərinin heyətində isə 75-ci dəqiqədə Viktor Osimxen fərqlənib.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşləri martın 12-də oynanılacaq.