26 September 2026

İsrailin Qəzzaya hücumları nəticəsində 262 jurnalist həlak olub

2023-cü ilin oktyabr ayından bəri İsrailin həyata keçirdiyi hücumlar nəticəsində Qəzzada 262 mətbuat işçisi həlak olub, 433-dən çoxu isə yaralanıb.

Qəzza hökumətinin Media Ofisi tərəfindən Fələstinli Jurnalistlərlə Beynəlxalq Həmrəylik Günü (26 sentyabr) münasibətilə yayılan bəyanatda mətbuat işçiləri və media qurumlarının məruz qaldığı hücumlarla bağlı təfərrüatlar açıqlanıb.

İran ABŞ-a Hörmüz boğazını 7 gün ərzində açmaq və müharibəyə son qoymaq üçün saziş təklif edir

"Associated Press" (AP) xəbər agentliyinin məlumatına görə, İran Vaşinqtona yeni bir təklif çatdırıb. Bu təklif ABŞ-ın dəniz blokadasını ləğv etməsi, neft sanksiyalarından imtina etməsi və Livanı da əhatə edən atəşkəsə riayət etməsi şərti ilə Hörmüz boğazının açılmasını və nüvə proqramı ilə bağlı danışıqların yeddi gün ərzində bərpasını nəzərdə tutur.

Raad: Biz Şəhid Nəsrullahın və Şəhid Xameneinin böyük irsünə sadiq qalacağıq

Hizbullah rəsmisi Şəhid Nəsrullaha sədaqət andını yeniləyərək, imperializmə qarşı mübarizədə Şəhid Nəsrullahın və Şəhid İmam Xameneinin yolunu davam etdirəcəyinə söz verib.

Müqavimətin böyük lideri Seyid Həsən Nəsrullahın şəhadətinin ikinci ildönümündə, Hizbullahın Livan parlamentindəki blokunun rəhbəri və hərəkatın yüksək rütbəli rəsmisi Məhəmməd Raad Müqavimətin Şəhid Seyidinə həsr olunmuş təsirli bir mesaj qələmə aldı. Mesajın tam mətni belədir:

 

Səudiyyə hava limanına yenidən dron hücumu oldu

Səudiyyə Ərəbistanının Hava Hücumundan Müdafiə Qüvvələri (HHMQ) Ər-Riyad bölgəsi istiqamətində buraxılmış iki pilotsuz uçuş aparatını (PUA) məhv edib. Bu barədə sentyabrın 26-da Yəməndə Qanuni Hakimiyyətə Dəstək Koalisiyasının rəsmi nümayəndəsi, general-mayor Türki əl-Maliki açıqlama verib.

"Biz krallığa qarşı istiqamətləndirilmiş raket və dron təhdidlərini davamlı olaraq izləyir, vəziyyətə tam nəzarət edirik", - deyə general-mayor bildirib.

Beş gündür ki, minlərlə insan BMT qarşısında anti-İsrail etirazlarını davam etdirir

Bu həftə dünyanın hər yerindən prezidentlər və siyasətçilər BMT zirvəsində çıxışlar edərkən, təşkilatın Nyu-Yorkdakı qərargahının qarşısında nümayişlər keçirilir. Toplaşan minlərlə etirazçı əsasən İsrailə qarşı şüarlar səsləndirirlər. Benyamin Netanyahunun çıxış etdiyi gün etirazlar daha da şiddətlənib.

Taylandda İsraillə əlaqəli torpaq alqı-satqısı diqqətə gəldi

Təxminən 3 milyon dollar dəyərində torpaq alqı-satqısı və icazəsiz tikililərlə bağlı aşkar edilən faktlar Taylandda İsraillə əlaqəli fəaliyyətlərə nəzarətin gücləndirilməsinə səbəb olub.
"Middle East Eye" (MEE) xəbər verir ki, Tayland hakimiyyəti ölkə daxilindəki təxminən doqquz "Chabad Evi" (yəhudi dini mərkəzi) ilə bağlı lisenziyalaşdırma, torpaq mülkiyyəti və maliyyələşdirmə məsələlərinə yönələn araşdırmaya başlayıb.

KİV: Rusiya Ermənistana qaz nəqlini dayandıra bilər

Rusiya Federasiyası noyabrın 1-dən etibarən Ermənistana təbii qazın ötürülməsini tamamilə dondura bilər. Bu barədə Ermənistanın “Hraparak” nəşri özünün rusiyalı mənbələrinə istinadən xəbər verib.

Məlumata görə, bu addım İrəvan rəhbərliyinin Moskvanın irəli sürdüyü siyasi və iqtisadi tələblərə əməl etməyəcəyi təqdirdə atılacaq.

“Rüşvət penitensiar sistemin kapilyar damarlarına kimi nüfuz edib”

“Toplum TV işi” üzrə həbsdə olan Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşları Ramil Babayev və Əli Zeynal penitensiar müəssisələrdəki vəziyyətlə bağlı ikinci yazı qələmə alıblar.

Yazının bundan əvvəl “Abzas Media”da dərc olunan birinci hissəsində müəlliflər həbsxanaya daxil olan və azadlığa buraxılan şəxslərdən qeyri-rəsmi ödənişlər tələb olunduğunu iddia etmişdilər.