17 May 2026

Bakıda WUF13 başlayır

Bakı şəhərində Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) başlayır. Tədbir 17⁠–⁠22 may 2026‑cı il tarixlərində baş tutacaq.

BMT‑nin Məskunlaşma Proqramının (UN‑Habitat) İcraiyyə Şurasının Keniyada keçirilən 3‑cü sessiyasında Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyasının (WUF13) 2026‑cı ildə Bakı şəhərində keçiriləcəyinə dair qərar rəsmən elan edilib.

"Mançester Siti" İngiltərə Kubokunun qalibi oldu

Futbol üzrə İngiltərə Kubokunun qalibi müəyyənləşib.

Finalda "Çelsi"ni 1:0 hesabı ilə məğlub edən "Mançester Siti" titula sahib çıxıb.

Londondakı "Uembli" stadionunda keçirilən matçda yeganə qolu 72-ci dəqiqədə Antuan Semenyo vurub.

Qeyd edək ki, ötən mövsüm İngiltərə Kubokunu finalda "Mançester Siti"yə qalib gələn "Kristal Pelas" qazanmışdı.

Sky News: Londonda keçirilən iki yürüşə 80 minə yaxın insan qatılıb

Londonda mayın 16-da keçirilən iki etiraz aksiyasında ümumilikdə 80 minə yaxın insan iştirak edib.

“Sky News“un məlumatına görə, “Unite the Kingdom” (“Krallığı birləşdir”) şüarı altında keçirilən yürüşə təxminən 60 min nəfər qatılıb.

Aksiya Britaniyanın ifrat sağçı “English Defence League” hərəkatının qurucusu Tommi Robinson tərəfindən təşkil olunub.

Paris məhkəməsi Qaşıqçı işi üzrə yeni istintaq başlatdı

Fransada Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Əl Səud barəsində jurnalist Camal Qaşıqçının öldürülməsi işi üzrə məhkəmə araşdırmasına başlanılıb.

Paris Apellyasiya Məhkəməsi işgəncə və zorla yoxa çıxarma ittihamları üzrə təqdim olunan şikayət əsasında istintaq aparılması barədə qərar qəbul edib.

Bu gün İmam Cavadın (ə) şəhadəti günüdür

Bu gün hicri təqvimi ilə 30 Zilqədə – doqquzuncu imamı İmam Məhəmməd Cavadın (ə) şəhadət günüdür. “Babul-həvaic” kimi tanınan imam İslam tarixində elm, səxavət və təqvası ilə seçilən şəxsiyyətlərdən biri hesab olunur.

“Cavad” və “Təqi” ləqəbləri ilə məşhur olan İmam Məhəmməd Cavad (ə) atasının – İmam Rzanın (ə) hicri 203-cü ildə şəhadətindən sonra, cəmi 8 yaşında imamət məqamına yüksəlib.

İsraildə müdafiə sənayesi şirkətinin sınaqları zamanı partlayış baş verib

İsrailin Beyt-Şemeş şəhəri yaxınlığında dövlətə məxsus “Tomer” müdafiə sənayesi şirkətinin keçirdiyi sınaqlar zamanı güclü partlayış baş verib.

Bu barədə “The Times of Israel” məlumat yayıb.

İsrail iddia edir ki, partlayış planlaşdırılmış sınaq prosesinin bir hissəsi olub.

Qeyd olunub ki, “Tomer” şirkəti raket mühərriklərinin istehsalı ilə məşğuldur.