20 March 2025

İmamoğlunun həbsinin siyasi nəticələri nə olacaq?

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun İstanbul Baş Prokurorluğu tərəfindən “korrupsiya” və “terror” cinayətləri ilə bağlı iki ayrı istintaq çərçivəsində saxlanılması səs-küy salmaqda davam edir.

Ölkənin bəzi yerlərində etiraz aksiyalarının keçirilməsi, WhatsApp-a girişin bağlanması bu məsələnin ölkə siyasətində və cəmiyyətində mühüm yer tutmasının göstəricisidir.

Müqtəda Sədr İsrailin İraq sərhədinə yaxınlaşması ilə bağlı xəbərdarlıq edib

Müqtəda Sədr İsrail rejiminin bölgədəki genişlənmə layihəsi barədə xəbərdarlıq edib və bu rejimin törətdiyi cinayətlər qarşısında sükutu tənqid edib.

İraqın Sədr Hərəkatının Rəhbəri Müqtəda Sədr X sosial media platformasında qeyd edib ki, sionist düşmənin bölgədə mövcudluğunu davam etdirməsinin nəticələri yaxşı olmayacaq.

Fazil Mustafaya sui-qəsdə görə ömürlük cəza alan şəxsin oğlu da həbs edildi

Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsdə görə ömürlük həbs cəzası almış Azər Səricanovun oğlu Əbülfəz Səricanov da həbs olunub. Bu barədə AzadlıqRadiosuna məlumat verən yaxınları bildirib ki, martın 17-də axşam saat 6 radələrində Ə.Səricanovu mülkigeyimlilər iş yerindən aparıblar. Ailə üzvlərinin dediyinə görə, onun yeri, niyə saxlanması barədə onlara heç bir bilgi verilməyib: "Uzun müddət bizə heç bir məlumat verilmədi. Onu müxtəlif yerlərdə axtara-axtara qaldıq".

Yaponiya millisi DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanan ilk komanda olub

Yaponiya millisi 2026-cı ildə keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Yığma seçmə mərhələnin VII turunda evdə Bəhreynə 2:0 hesabı ilə qalib gəlməklə vaxtından əvvəl mundiala yüksəlib.

"Gündoğan ölkə" təmsilçisi yer aldığı C qrupunda 19 xalla minimum ikinci yeri özü üçün təmin edib. Yaponiyanı 10 xalla Avstraliya təqib edir. Səudiyyə Ərəbistanı, İndoneziya, Bəhreyn və Çin milliləri isə hərəyə 6 xal toplayıblar.

Aİ Komissiyası vətəndaşların 10 trilyon avroluq əmanətlərini investisiyalara yönəltmək planını açıqlayıb

Avropa Komissiyası qlobal səhnədə rəqabət qabiliyyətini saxlamaq üçün Aİ ölkələrindəki vətəndaşların əmanətlərini strateji investisiyalara yönəltməklə Avropa iqtisadiyyatını stimullaşdırmağı planlaşdırır.

Bazar ertəsi Avropa Komissiyası 10 trilyon avroya qədər bank depozitlərinin AB daxilində çox ehtiyac duyulan strateji investisiyalara daha yaxşı yönləndirilməsi üçün yeni planı açıqlayıb.

ABŞ növbəti dəfə Sənanı bombalayıb

ABŞ növbəti dəfə Yəməni bombalayıb. O, Yəməndə “Ənsar Allah” hərəkatının nəzarəti altında olan paytaxt Sənaya silsilə zərbələr endirib.

Bu barədə Hüsulərə məxsus “Al Masirah” telekanalı məlumat yayıb.

Məlumata görə, ABŞ hərbçiləri əs-Saura bölgəsində tədbirlər üçün tikilən zala havadan hücum edib. Hücum nəticəsində binada yanğın başlayıb və yaxınlıqdakı tikililərə də ziyan dəyib.

Ölən və yaralananlar barədə məlumat verilmir.

Təl-Əvivdə on minlərlə insan Netanyahunun istefasını tələb edib

İsraildə on minlərlə insan baş nazir Binyamin Netanyahu və onun hökumətinin İsrailin daxili kəşfiyyat agentliyi Şin-Bet (Şabak) direktoru Ronen Barı vəzifədən azad etmək cəhdinə və Qəzzaya hücumların bərpası qərarına qarşı nümayiş keçirib. Etirazların mərkəz nöqtəsi İsrail parlamenti, baş nazirlik və digər hökumət binalarının yerləşdiyi Qərbi Qüds olub.