Universitet tələbələri İmamoğlunu dəstəkləmək üçün bu gün toplanacaq

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılmasından sonra dünən səhər saatlarında İstanbul Universiteti və ODTÜ-də etiraz nümayişləri keçirilib. Bu gün bir çox universitetdə İmamoğluna dəstək aksiyası keçiriləcək.

 

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun dünən səhər saatlarında saxlanılmasından sonra İstanbul Universiteti, ODTÜ, Yıldız Texniki Universitetində, eləcə də ölkənin bir çox universitetlərində etiraz aksiyaları və nümayişlər keçirilib.

Bu gün bir çox universitetin tələbələri etiraz aksiyası keçirmək qərarına gəliblər.

Qalatasaray Universitetinin tələbələri Beşiktaşa gedərkən İstanbul Universitetinin tələbələri də oturaq aksiya keçirəcək.

Ege və Dokuz Eylül Universitetləri ilə yanaşı, Ankara Universiteti, Bilkənd, Türk-Alman Universiteti, Boğaziçi Universiteti, Anadolu Universiteti, Onsekiz Mart Universiteti və Mərmərə Universitetlərində də müxtəlif etiraz aksiyaları keçiriləcək.